“İsrailə İranın nüvə obyektlərinə zərbə endirməsinə icazə verilməlidir”- TRAMP

İsrailə İranın nüvə obyektlərinə hücum etməyə icazə verilməlidir.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp Şimali Karolinada tərəfdarları ilə görüşündə deyib.

O, Ağ Evin rəhbəri Co Baydenin bunun yersiz olması fikri ilə razılaşmayıb.

“O səhv edir. Məgər oranı vurmalı deyilik? Nüvə silahları ən böyük riskdir. Əvvəlcə nüvə obyektlərini vurmalıyıq, sonra digər məsələlərə baxmalıyıq”, – Tramp bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.