İsrail Fələstinin Həmas hərəkatına yaraqlılar tərəfindən saxlanılan 40-a yaxın girovun azad edilməsi müqabilində bir həftəlik atəşkəs təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə “Axios”a iki İsrail rəsmisi və vəziyyətlə tanış olan başqa mənbə bildirib.
Onların sözlərinə görə, belə bir təkliflə dekabrın 18-də Varşavada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Qətərin Baş naziri Məhəmməd bin Əbdül-Rəhmanla görüşündə İsrailin kəşfiyyat xidmətinin rəhbəri David Barnea çıxış edib.
İsrailin azad etməyə ümid etdiyi girovlar qrupuna qadın və uşaqlar, həmçinin 60 yaşdan yuxarı kişilər və təcili tibbi yardıma ehtiyacı olanlar daxil olacaq.
Təl-Əviv atəşkəsdən əlavə, müəyyən sayda fələstinli məhbusu həbsxanalardan azad etməyə hazırdır. İsrail rəsmiləri ölkə həbsxanalarında qoca və xəstə olan onlarla fələstinlinin olduğunu və onların razılaşmanın bir hissəsi olaraq azad oluna biləcəyini bildirir.
Azpost.info