İranın Kaşan şəhərində dəmir yolu körpüsünə zərbələr endirilib.
ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.
Bundan başqa, Qum ostanında yerləşən körpülərdən birinin də ABŞ və İsrailin hücumuna məruz qaldığı bildirilir.
İsrail İran vətəndaşlarını bir neçə saat ərzində qatarlardan istifadə etməməyə çağırıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” sosial şəbəkəsində farsdilli hesabında təcili xəbərdarlıq paylaşılıb.
“Təhlükəsizliyiniz naminə, bu andan etibarən yerli vaxtla saat 21:00-a qədər İranın hər yerində qatarla səfərlərdən və səyahətdən çəkinməyi xahiş edirik. Qatarlarda və ya dəmir yollarının yaxınlığında olmaq həyatınız üçün təhlükəlidir”, – paylaşımda deyilir.
Bəyanatda xəbərdarlığın təfərrüatı açıqlanmasa da, bunun mümkün hücumlarla bağlı olduğu güman edilir.