İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni WhatsApp vasitəsilə öldürüb

İsrail kəşfiyyatı HƏMAS-ın lideri İsmayıl Haniyəni WhatsApp vasitəsilə izləyib.

Azpost.info bildirir bu barədə Livanlı jurnalist Elia Manier deyib. Onun sözlərinə görə, İsrail kəşfiyyatı WhatsApp mesajı vasitəsilə Haniyanın telefonuna casus proqramlar quraşdırıb. Casus proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini aşkarlamağa və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.

Manier iddia edir ki, zərərli proqram İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış və lisenziya əsasında satılan Pegasus smartfonlarını sındıran virusla eynidir. Bu, istifadəçinin xəbəri olmadan mesajlara, fotoşəkillərə, yer məlumatlarına daxil olmağa və hətta telefonun kamerasına və mikrofonuna nəzarət etməyə imkan verir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.