“İsrail “Hizbullah”a qarşı quru əməliyyatına hazırlaşır”- "Bild"

İsrail iyulun ikinci yarısında Livanın cənubunda “Hizbullah”a qarşı quru əməliyyatına hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “Bild” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən yazıb.

“Onların məlumatına görə, İsrail iyulun üçüncü və ya dördüncü həftəsində quru əməliyyatına başlayacaq”, – mənbə bildirib.

Nəşr xatırladıb ki, bundan əvvəl bir neçə dövlət öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb.

“Biz vəziyyətin daha da gərginləşməsini və münaqişənin genişlənməsini istisna edə bilmərik”, – Almaniya Xarici İşlər Nazirliyi qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.