İsrail ordusu Qəzzada 300 hərbi obyektə zərbələr endirib

İsrail ordusu genişmiqyaslı quru əməliyyatları zamanı Qəzzada HƏMAS hərəkatının 300 hərbi obyektinə zərbələr endirib.

Azpost.info xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, tank və raket əleyhinə qurğular, həmçinin tunellərdəki hərbi komplekslər 24 saat ərzində məhv edilib.

“300-ə yaxın hədəf, o cümlədən tank əleyhinə raketlər və reaktiv yaylım atəşi sistemləri, həmçinin HƏMAS terror təşkilatına məxsus yeraltı tunellərdə yerləşən hərbi komplekslər vurulub”, – məlumatda deyilir.

Quru əməliyyatları zamanı İsrail hərbçiləri Fələstin radikalları ilə qarşılaşıblar. Ordunun mətbuat xidməti HƏMAS döyüşçülərinin məhv edildiyini və qruplaşmanın hədəflərinə hava zərbələri endirdiyini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.