İsrail ordusu Qəzzaya beş istiqamətdən hücuma keçib

İsrail ordusu Fələstinin Qəzza zolağına beş istiqamətdən hücuma keçib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanal bildirir ki, Qəzza zolağının şimalında İsrail hərbçiləri ilə fələstinli qruplar arasında şiddətli toqquşmalar gedir. Döyüş Beyt Hanun keçid məntəqəsi ərazisində qeydə alınıb.

Hələlik tərəflərin itkiləri barədə məlumat verilmir.

“Al Arabiya”nın qeyd etdiyi kimi, İsrail quru qüvvələrinin hərəkətləri Qəzza zolağının hava hücumları və artilleriya atəşi ilə eyni vaxtda həyata keçirilir.

Əvvəlki məqalə

Hizbullahın sosial media hesabı silinib

Sonrakı məqalə

Messi “Qızıl Top”u almağa layiq olan futbolçuların adlarını açıqlayıb