İsrail ordusu Qəzza şəhərində xəstəxananı mühasirəyə aldı

İsrail ordusu Qəzza şəhərində yerləşən “Hilu” xəstəxanasını mühasirəyə alıb. AzPost xəbər verir ki, bu barədə məlumatı Fələstin informasiya agentliyi WAFA yayıb.

Agentliyin məlumatına görə, xəstəxananın binasında 90-dan artıq şəxs, o cümlədən həkimlər və xəstələr qalıb. Onların arasında azı 12 nəfər vaxtından əvvəl doğulmuş körpə və onkoloji xəstələr də var. Bildirilir ki, bina İsrail ordusunun artilleriya zərbələrinə məruz qalıb.

Qətərin “Al Jazeera” telekanalı xəbər verir ki, xəstəxana ətrafı ağır hərbi texnika və tanklarla tamamilə mühasirəyə alınıb. Bu səbəbdən tibb müəssisəsinə giriş və çıxış yolları bağlanıb.

Məlumatda qeyd olunur ki, xəstəxanada qalan insanların həyatı ciddi təhlükə altındadır. Beynəlxalq təşkilatlar vəziyyəti yaxından izləməyə çağırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.