İsrail Knesseti özünün buraxılması haqqında qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib.
Azpost.info xəbər verir ki, sənədin təsdiqindən sonra 24-cü Knesset buraxılmış elan edilir və koalisiya razılaşmasına uyğun olaraq baş nazir postu Naftali Bennetdən xarici işlər naziri Yair Lapidə keçir.
O, yeni parlament seçkiləri keçirilənədək hökumətə rəhbərlik edəcək. Ölkədə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Naftali Bennet və xarici işlər naziri Yair Lapid Knessetin buraxılması qərarını ölkədə siyasi durğunluq yarandığı bir vaxtda – iyunun 20-də elan ediblər. Sosioloqların fikrincə, keçmiş baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi müxalif “Likud” partiyası lider mövqe tutur.
Netanyahunun korrupsiyaya görə mühakimə olunmasına baxmayaraq, o, siyasəti tərk etməkdən imtina edir və yeni hökumət qurmağı gözləyir. Bu, son üç ildə beşinci parlament seçkiləri olacaq.
Azpost.info