İsrail Prezidenti Azərbaycana səfərə gəlir

İsrail Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycana səfər edəcək.

Bu barədə bu gün “The Jerusalem Post” məlumat yayıb.

Səfər iki gün davam edəcək.

İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə və yəhudi icmasıyla görüşəcək, İsrailin müstəqilliyinin 75 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Azərbaycana səfər zamanı İsrail Prezidentini daxili işlər və səhiyyə naziri Moşe Arbel müşayiət edəcək. (APA)

Əvvəlki məqalə

Lənkəranda məktəb direktoru avtomobil qəzasında həlak olub

Sonrakı məqalə

Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb