“İsrail Qəzzanı idarə etmək üçün HƏMAS-a alternativ hazırlayır”- Müdafiə naziri

İsrail hökuməti Fələstinin radikal HƏMAS hərəkatı əvəzinə Qəzzanı idarə etmək üçün alternativ hakim qüvvə tapmağa çalışır. 

Azpost.info xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qalant məlumat verib.

Qalant İsrailin HƏMAS üzvlərini geri çəkəcəyini və yeni hökuməti formalaşdırmaq üçün digər qüvvələri Qəzzaya gətirəcəyini bildirib: “Təhlükəsizlik xidmətləri HƏMAS-a alternativ hakim qüvvələr hazırlayır. Biz HƏMAS-ı çıxaracağıq və yeni hökuməti formalaşdırmaq ümün başqa qüvvələri gətirəcəyik”.

Qalant deyir ki, hərbi əməliyyatların iki məqsədi var: HƏMAS-ın rəhbərliyini və hərbi gücünü devirmək və əsirləri geri qaytarmaq.

Azpost.info

Əvvəlki məqalə

Kreditin sığorta olunması banka, yoxsa müştəriyə sərf edir? –

Sonrakı məqalə

Əli Əsədov Minskdə işgüzar səfərdədir