İsrail Qəzzada şimal və cənub hissələrə ayıran strateji Netsarim dəhlizini tam tərk edib.
AzPost-un xəbərinə görə, bu barədə HƏMAS məlumat yayıb.
İsrailin mediası da əsir və girov mübadiləsi barədə razılaşmaya uyğun olaraq Ordunun strateji dəhlizi tərk etməsi barədə məlumat yayıb.
İsrail Ordusu hazırda Qəzza zolağı ilə Misirin sərhədindəki Filadelfiya dəhlizinə nəzarəti davam etdirir.
Qəzzada İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.
Bunu Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib.
Məlumata görə, İsrail Qəzzada sövdələşməni təhlükə altına atır.
Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.