ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Bu barədə “CBS News” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib. Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.
Mənbə: APA