“İsrail Tehranı açıq qarşıdurmaya çəkməyə çalışır”- İRAN XİN

“İran müharibəyə can atmır, lakin Yaxın Şərqdə münaqişənin inkişafı üçün istənilən ssenariyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“İsraillilər iradəmizi sınaya bilərlər, biz istənilən ssenariyə hazırıq. Baxmayaraq ki, müharibə və ya gərginliyin artmasını istəmirik”, – Əraqçi bildirib.

İran XİN rəhbərinin sözlərinə görə, İsrail regionda münaqişənin coğrafiyasını genişləndirməyə və Tehranı açıq qarşıdurmaya cəlb etməyə çalışır.

“Biz əvvəlcə İsrailin hücumunun nə olacağını görəcəyik və bunun əsasında cavabımızın xarakterini müəyyənləşdirəcəyik”, – Əraqçi deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.