İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır –CNN

İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə yaxındır.

Bu barədə CNN telekanalı İsrail mənbəyinə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail və HƏMAS çərçivə sazişi bağlamaq ərəfəsindədir. Mənbənin qeyd etdiyi kimi, yəhudi dövləti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün ətraflı danışıqlara başlamağa imkan verəcək. Bununla belə, CNN sövdələşmənin taleyinin hələ həll olunmadığını vurğulayır.

Bundan əvvəl Baş nazir Binyamin Netanyahunun ofisi və “Mossad” kəşfiyyat xidməti birgə bəyanat yayaraq bildirib ki, İsrail tərəfi HƏMAS nümayəndələrindən girov müqaviləsi ilə bağlı cavab alıb.

Əvvəlki məqalə

Vitaminlər ömrü uzatmır –

Sonrakı məqalə

“Ərdoğanın Ukrayna ilə danışıqlarda vasitəçi olması mümkün deyil” –