“İsrail və HƏMAS münaqişəni ilin sonuna qədər həll edə bilməyəcək”- “Politico”

Co Bayden administrasiyası İsrail və HƏMAS-ın yaxın gələcəkdə Qəzza zolağında münaqişənin həlli üçün razılığa gələ biləcəyinə şübhə edir.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

“Məncə, bu, ən azı 2024-cü ilin sonuna qədər davam edəcək”, – Ağ Evdəki mənbə deyib.

O bildirib ki, İsrail qoşunlarının sektordan çıxarılması məsələsi böhranın həllində büdrəmə olub: “Bayden administrasiyası heç bir tərəfin güzəştə getmək istəmədiyi halda Qəzzada döyüşlərin aylarla davam edə biləcəyindən narahatdır”.

Nəşrin Ağ Evdəki mənbələrinə görə, İsrail hakimiyyəti və HƏMAS girovları və fələstinli məhbusları azad etmək üçün ümumilikdə 6 həftəlik atəşkəs barədə razılığa gəlirlər, lakin münaqişənin nəhayət həlli ilə bağlı ortaq fikrə malik deyillər. HƏMAS İsraildən Fələstin anklavından tam çəkilməyə razılıq verməsini istəyir, İsrail isə HƏMAS tamamilə məhv edilənə qədər ordusunun Qəzzanı tərk etməyəcəyini deyir. ABŞ rəsmilərinin fikrincə, bu fikir ayrılıqları münaqişənin həlli üzrə sazişin bağlanmasını poza bilər.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Dövlət qulluqçularının orta aylıq əməkhaqqı nə qədərdir?