İsrail XİN başçısı ilə görüşən Liviyalı nazir vəzifədən azad edilib

Liviyanın Milli Birlik Hökumətinin (GNU) baş naziri Abdel Hamid Dbeiba, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nacla Manquşu israilli həmkarı Eli Cohen ilə görüşünə görə vəzifəsindən azad edib.

Bu barədə “Reuters“ agentliyi hökumətə istinadən məlumat yayıb.

Qeyd edək ki, liviyalı XİN başçısı Nacla Manguş ilə görüş barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər əməkdaşlıq imkanlarını və Liviyada yəhudi irsinin qorunub saxlanması imkanlarını müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Bakı sakinləri Lerikdə ödəmə terminalından pulları oğurlayıblar

Sonrakı məqalə

“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı –