“İsrailin əsl hədəfi bölgədəki digər ölkələr deyil, Türkiyədir”- Dövlət BAXÇALI

“İsrailin əsl hədəfi bölgədəki digər ölkələr deyil, Türkiyədir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

“Söhbət Beyrutdan yox, Ankaradan gedir. İsrailin məqsədi Dəməşq, Tehran, Səna və ya Bağdad deyil, İstanbuldur. İsrailin gizli gündəmində türk yurdu var. Atılan raketlərin və bombaların növbəti mərhələsi və son hədəfi Anadolu coğrafiyasıdır. Türkiyə İsrail terrorunun gizli hədəfidir”, – parlamentdə MHP fraksiyasının iclasında çıxış edən Baxçalı deyib.

Onun sözlərinə görə, böyük İsrail yaratmaq üçün Yaxın Şərq parçalara bölünür: “Qəzza zolağına 85 min ton bomba atıldı, 100 minə yaxın fələstinli evlərini tərk etmək məcburiyyətində qaldı. Böyük İsrail yaratmaq üçün Yaxın Şərq hissələrə bölünür. 400 ildir nəzarətimiz altında bir tək top mərmisinin atılmadığı Fələstin və Qüds bu gün qan içindədir”.

MHP sədri regionun etnik və dini baxımdan parçalanacağını, sionizmin forpostlarına çevriləcək terrorçu və mini dövlətlərin yaradılacağını istisna etməyib.

Baxçalı qeyd edib ki, beynəlxalq hüquq İsrail tərəfindən pozulub və bəşəriyyətin irsi və dəyərləri məhv olmaq ərəfəsindədir: “Bu terror dövlətinə silah embarqosu tətbiq etmək kifayət deyil. Qınama bəyanatlarının isə heç bir əhəmiyyəti və məcburi qüvvəsi yoxdur. BMT tələb olunanı etməli və İsraili cəzalandırmalıdır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.