Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb

Orkhan Ali 07 Noyabr 2024 - 18:27 (Last updated: 21 May 2025 - 20:15)
173098547890948341_1200x630

Bu gündən İstanbulda ilk dəfə Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) açılıb.

Türkiyənin Ticarət Nazirliyinin himayəsində ROK Beynəlxalq Konsaltinq şirkəti tərəfindən, Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palatalar Birliyinin əməkdaşlığı ilə açılan sərginin məqsədi türkdilli dövlətlərin iş adamlarının iqtisadi əlaqələrini daha da inkişaf etdirmək və gücləndirməkdir.

Sərgidə ölkəmiz Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən təmsil edilir.

Tədbirin açılışında çıxış edən Türk Ticarət və Sənaye Palatalar Birliyinin baş katibi Adem Kula rəhbərlik etdiyi qurumun iş və investisiya forumlarını müəyyən aralıqlarla təşkil etdiklərini xatırladaraq, ilk dəfə həyata keçirilən bu sərginin bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Kula sərgiyə xaricdən qatılan qonaqlara təşəkkür edərək, Türkiyədəki iş adamları, şirkətlər və sahibkarlar vasitəsilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandakı iş dünyasının nümayəndələri ilə əlaqələr qurmağa hazır olduqlarını bildirib.

Sərginin təşkilatçısı, ROK-un rəhbəri, azərbaycanlı vəkil Aygün Əliyeva tədbirin şirkətlərin düzgün əməkdaşlıqlar qurmasına kömək edəcəyi, Türk dövlətləri arasında güclü körpülər yaradacağına inamını ifadə edib. O, bundan sonra da bu kimi tədbirlərin təşkilini davam edəcəklərini, hər il birlikdə daha da genişləndiriləcəyini deyib.

Türk dövlətlərinin iş adamlarının bir araya gəlməsi ilə əhəmiyyətli körpü yaratmaq və beynəlxalq tərəfdaşlarla ticarət əlaqələri qurmağı hədəfləyən sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirilir. Sərginin məqsədi türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər iqtisadi sahələrin inkişaf etdirilməsi, ölkələrin müxtəlif sahələrdə qazandığı inkişaf təcrübələrinin digər ölkələrlə paylaşılması və Türk Dünyası arasındakı ticarətin asanlaşdırılması və investisiyaların təşviqinə dair işlərin aparılmasıdır.

İş adamlarının bilik və təcrübələrini paylaşdığı sərgi istehsalçı, idxalçı və ixracatçıları bir araya gətirərək istehsal, ticarət fəaliyyətlərini artırmağı, yerli KOBİ-lərə, mikro istehsalçılara, təşəbbüskarlara yeni bazar imkanları təqdim etməyi, regional və qlobal istehsal zəncirləri ilə birləşərək fərqli bazarlara daxil olmaq üçün imkanlar yaratmağı hədəfləyir.

Sərgi noyabrın 9-dək davam edəcək(azərtac).

Post navigation

Previous: Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib
Next: Siyavuş Kərimiyə Prezidentin fərdi təqaüdü veriləcək

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.