“İstehlak kreditləri ilə bağlı güzəşt məsələsi müzakirə olunur” –

Operativ Qərargah
15 Aprel 2020 - 18:35

“Mərkəzi Bankın İdarə Heyətinin sədri də bildirib ki, istehlak kreditlərinin dondurulması məsələsinə baxılır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, istehlak krediti alanlar əsasən işləyənlərdir: “Bu adamlara da dövlət öz dəstəyini göstərir. Onlara imkan verilir ki, onlar öz kreditlərini bağlaya bilsinlər. Dövlət birincisi onların işdən azad olunmasına imkan vermir, ikincisi, onlara Əməkhaqqı Fondu vasitəsilə əməkhaqqını verir, üçüncüsü, onların çalışdığı müəssisələrə dövlət tərəfindən kredit imkanları yaradılır, dördüncüsü onlara vergi tətilləri tətbiq ediləcək. Yəni həmin şəxslərə kreditlərini ödəməsi üçün bütün imkanlar yaradılır. Amma bütün hallarda bu məsələ müzakirə olunur”.