İsveç bankı Rusiya və Belarusa pul köçürmələrini dayandırır

İsveçin ən böyük banklarından olan “Skandinaviska Enskilda Banken” (SEB) mayın 31-dən Rusiya və Belarusa pul köçürmələrini dayandırır.

Azpost.info xəbər verir ki, bank bu qərarını Ukraynadakı hərbi əməliyyat və Qərbin sanksiyalarına görə qəbul etdiyini açıqlayıb: “Rusiya və Belarusla əməliyyatlar son dərəcə mürəkkəb və risklidir. Martın 31-dən sonra Rusiya və ya Belarus müştəriləri üçün xidmətlər müstəsna hallarda göstəriləcək. Bu hallara pensiyaların ödənilməsi kimi humanitar məsələlər daxil ola bilər”.

SEB Rusiya bazarını mart ayında tərk edib. Şirkətin Sankt-Peterburq və Moskvada filialları var və burada ümumilikdə 80-ə yaxın işçi çalışırdı.

Azpost.info

Əvvəlki məqalə

“Bina üçün ayrılan pulun 900 min manatını icra başçısına verdim”

Sonrakı məqalə

Elman Rüstəmovun qızına məxsus şirkətin 14 milyon pulu var