İsveç polisi kütləvi iğtişaşların səbəbkarlarını axtarır

İsveç polisi üç gün davam edən kütləvi iğtişaşların səbəbkarlarını axtarır.

AZƏRTAC xəbər verir ki, polisin məlumatına görə, iğtişaşlar və cinayətkarlıq arasında sıx əlaqə var. İstintaq zamanı polisə qarşı zorakılığa çağırış faktlarının xaricdən təşkil edilməsi faktlarının olduğu müəyyənləşib.

Keçirilən mətbuat konfransında İsveç polisi son günlər baş verən iğtişaşları pisləyib. Krallığın milli polisinin rəisi Anders Tornberq hesab edir ki, baş verənlər əvvəllər baş verən bu cür cinayətlərlə müqayisə oluna bilməz dərəcədədir.

“Bu, kobud zorakılıqdır. Polisə hücum edənlərin və xilasetmə xidmətlərinin cinayətkar qruplaşmalarla əlaqəli olduqlarına dair ciddi şübhələrimiz var”, – deyə Anders Tornberq bildirib. “Bunun etirazlarla heç bir əlaqəsi yoxdur, bu, bizim hüquqi cəmiyyətimizə və demokratiyamıza əsaslandırılmamış hücumdur”, – deyə o əlavə edib.

Anders Tornberqin sözlərinə görə, iğtişaşlarda iştirak edən bəzi şəxslər artıq məlumdur.

“Biz neçə vaxtdır deyirik ki, ölkədə cinayətkarlıqla bağlı vəziyyət çox ciddidir. Son günlərdə müşahidə etdiyimiz ciddi problemin simptomlarıdır”, – deyə Anders Tornberq qeyd edib.

Xatırladaq ki, keçən həftəsonu bir neçə İsveç şəhərində Danimarkanın ultra-sağçı siyasətçisi Rasmus Paludanın Quranın yandırılması ilə bağlı anti-İslam aksiyasına cavab olaraq iğtişaşlar başlayıb. Etiraz edənlərlə toqquşmalar nəticəsində 26 polis əməkdaşı yaralanıb, 20 polis maşını zədələnib və ya yararsız hala düşüb, yoldan keçən ən azı 14 nəfər yaralanıb.

Əvvəlki məqalə

Bolqarıstanda yağan qar yüzlərlə kənddə həyatı iflic edib

Sonrakı məqalə

Dönər, qamburger yeyəndən sonra adam niyə yenə acır? –