İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

Sankisya
Sankisya

İsveçrə Avropa İttifaqının 14-cü birtərəfli məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiyaya qarşı sanksiya siyahısına 61 müəssisəni əlavə edib.

TASS xəbər verir ki, bu barədə İsveçrə hökuməti (Federal Şura) məlumat yayıb.

“Federal Şuranın qərarı Rusiyanın sənaye, hərbi və texnoloji potensialını gücləndirmək üçün nəzərdə tutulan malların ixracına qoyulan məhdudiyyətləri daha da sərtləşdirir. Bundan başqa, daha sərt ixrac məhdudiyyətləri tətbiq edilən subyektlərin siyahısına 61 yeni müəssisə əlavə edilib”, – məlumatda bildirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.