İsveçrədə sabahdan pandemiya ilə bağlı əksər məhdudiyyətlər ləğv ediləcək

 

İsveçrə fevralın 17-dən koronavirusla əlaqədar daha əvvəl tətbiq edilən sosial məhdudiyyətlərin əksəriyyətini ləğv edəcək.

 

Belə ki, artıq mağazalara, restoranlara və digər ictimai yerlərə getmək üçün maska ​​taxmaq və COVID-sertifikatı tələb olunmayacaq. Həmçinin iş yerində maska ​​taxmaq tələbi və evdən işləmək tövsiyəsi də qüvvədən düşəcək.

İctimai nəqliyyatdan istifadə edərkən və tibb müəssisələrinə gedərkən tənəffüs orqanlarını qorunmaq qaydası isə hələ martın sonuna qədər qüvvədə qalacaq. Koronavirus testi müsbət olanlar yenə də karantinə alınacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya səfiri:

Sonrakı məqalə

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub