Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub

 

Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.

Federasiyanın Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yarımfinalda Vasif Durarbəyli ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid görüşündə heç-heçə qeydə alınıb. İkinci rapid matçında qələbə qazanan Muradlı həlledici qarşılaşmada Misrətdin İsgəndərova rəqib olub.

Durarbəyli isə 3-cü yer uğrunda oyunda Aydın Süleymanlı ilə qarşılaşacaq. Görüşlər fevralın 17-də baş tutacaq və iki partiyadan ibarət olacaq.

Qeyd edək ki, Məhəmməd Muradlı 2019-cu ildə 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsveçrədə sabahdan pandemiya ilə bağlı əksər məhdudiyyətlər ləğv ediləcək

Sonrakı məqalə

Azərbaycanda daha 7 148 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib