İtaliya qazın pulunu rublla ödəməkdən imtina etdi

İtaliya Rusiya qazının tədarük haqqını rublla ödəməkdən imtina edib.

Azpost.info xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Luici Di Mayo bildirib.

Onun sözlərinə görə, ödənişi rublla etmək Avropa sanksiyalarından yayınmaqdır: “Bu, mümkün deyil və Mərkəzi Banka qarşı sanksiyalardan yayınmaq deməkdir.”

Di Maio əlavə edib ki, Rusiya bu cür tələblərlə texniki baxımdan özünə qarşı embarqo qoyur. Nazir xatırladıb ki, İtaliya yeni yanacaq tədarükü kanalları axtarır və aprelin 20-21-də baş nazir Mario Draqi Anqola və Konqoya səfər edəcək: “İtaliya heç bir şantaja dözməməlidir. Bu məsələdə həddindən artıq ehtiyatlı olmaq lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

Məhkəmə VİP sədri Əli Əliyevlə bağlı qərar verdi

Sonrakı məqalə

İctimai Şuranın sədri Əliməmməd Nuriyev nazir Vilayət Eyvazovla görüşüb