İtaliyada 4,4 bal gücündə zəlzələ baş verib

İtaliyada 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Neapolun qərbində yerləşən Kampi Fleqrey şəhəri olan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib. Daha sonra ardıcıl 3,5 və 2,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ əhali arasında təşvişə səbəb olub, yüzlərlə insan küçələrə axışıb. Bəzi evlərin divarlarında çat meydana gəlib. İnsan tələfatı barədə məlumat yoxdur. Hazırda yoxlamalar aparılır. Pozzuoli Bələdiyyəsi isə məktəblərin tətil edildiyini açıqlayıb.

Yeraltı təkan Neapol şəhərində də hiss olunub.

Qeyd edək ki, bu, bölgədə son 40 ildə qeydə alınan ən güclü zəlzələdir. Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son bir ildə və xüsusilə də ötən aylarda artıb. Bölgədə sonuncu dəfə ən uzun müddət davam edən seysmik aktivlik 1980-ci illərin əvvəllərində qeydə alınıb.

Əvvəlki məqalə

Prezident Rəisinin olduğu helikopterin qəza yerindən ilk görünütülər –

Sonrakı məqalə

Zaqatalada 250-yə yaxın evin həyətini sel suları basıb