İtaliyada gəmidə 5 ton kokain aşkar edilib –Saxlanılanların arasında azərbaycanlılar da var

Siciliya sahillərində balıqçı gəmisində 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində rekord kokain partiyası aşkar edilərək götürülüb.

Bu barədə ANSA məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisədən sonra 20 nəfər, o cümlədən gəminin ekipajının beş üzvü, həmçinin narkotik maddənin daşındığı Palau bayraqlı ticarət gəmisindən daha 15 nəfər həbs edilib.

Palau bayrağı altında üzən gəmidə saxlanılan 15 nəfər arasında Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.

İtaliya maliyyə polisinin gəmiləri onları Palermo limanına çatdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.