İtaliyada xüsusi əməliyyat –Türk mafiya başçısı saxlanılıb /FOTO

Mütəşəkkil cinayətkar qrup rəhbəri Türkiyə əsilli Barış Boyun və onun dəstə üzvləri İtaliyanın hüquq-mühafizə orqanları ilə İnterpolun birgə qrupunun keçirdiyi xüsusi əməliyyatda saxlanılıb.

Milan Prokurorluğunun qərarı ilə Viterbo və Siciliyada müxtəlif evlərə basqın edilib, Türkiyədə ən çox axtarışda olanlar sırasında göstərilən mafiya başçısı Barış Boyunun rəhbərlik etdiyi şəbəkə sıradan çıxarılıb. Antiterror əməliyyatı nəticəsində Türkiyə əsilli, lakin İtaliya, İsveçrə, Almaniya və Türkiyədə yaşayan 18 nəfərə qarşı həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər cinayətkar dəstə və terror məqsədləri ilə qruplaşma yaratmaqda, beynəlxalq narkotik ticarəti ilə məşğul olmaqda, terror aktları və müxtəlif qətllər törətməkdə ittiham olunur.

Əvvəlki məqalə

TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyanın aktivləri ilə bağlı daha bir qərar verdi