“İyirmiyə yaxın türk ticarət gəmisi Ukrayna limanlarında kənd təsərrüfatı məhsullarını daşımağa hazır vəziyyətdədir”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Ankara Qara dəniz vasitəsilə Ukrayna taxılının reeksportuna başlamağa hazırdır.
“Biz ehtiyacı olan ölkələrə buğda, arpa, günəbaxan yağı və digər kənd təsərrüfatı məhsullarını tədarük edə və ya təkrar ixrac edə bilərik”, – Ərdoğan bildirib.
Azpost.info