İyul ayınadək koronavirusa qalib gəlmək mümkün olmayacaq –

Honkonqlu alimlərin araşdırması
13 Aprel 2020 - 10:25

Koronavirusla bağlı təhqiqatlar yeni nəticələr ortaya qoyur.

“South China Morning Post” qəzeti xəbər verir ki, Honkonq Universitetinin bir qrup alimi koronavirusun atipik pnevmoniyaya yol açan ştamdan üç dəfə aqresiv olduğunu aşkar edib.

Mütəxəssislər xəstəliyin altı könüllünün ağ ciyər hüceyrələrində fəallığını araşdıraraq belə bir qənaətə gəliblər ki, koronavirus qeyd edilən virusdan 3,2 dəfə tez çoxalır.

Bununla birgə, bədənin iltihaba qarşı reaksiyası zəif olur –  immun sistemi tərəfindən istifadə olunan siqnal zülalları demək olar ki, işə düşmür.

Qrupun rəhbəri Yuen Kvok-yun qeyd edib ki, belə olduğu halda iyul ayınadək pandemiyanın qarşısını almaq mümkün olmayacaq.