Milli parkda eşşəklə zebranın hibridi doğulub –“Zonki” hamını təəccübləndirib (FOTO)

Keniyanın Çulu Milli parkında zebra ilə uzunqulağın hibridi olan “zonki” doğulub.

“NDTV” xəbər verir ki, 2019-cu ildə parkdan Şərqi Çavo bölgəsinə qaçan dişi zebra yerli sakinə məxsus olan heyvan sürüsünə qoşulub.

Bir müddət sonra parkın əməkdaşları qaçmış heyvanı taparaq brakonyerlərlə mübarizə mərkəzinə gətirib.

Mərkəzə uyğunlaşan zebra 2020-ci balalayıb. Lakin dünyaya gələn sarımtıl qəhvəyi rəngli heyvan görənləri çaş-baş salıb, çünki zebralara məxsus zolaqlar onun yalnız ayaqlarında olub.

Buna diqqət yetirən mərkəzin əməkdaşları ilk növbədə onun palçıqda çox qalması səbəbindən bu rəng almasını ehtimal ediblər.

Amma sonra məlum olub ki, bu canlı “zonkidir”. Qeyd etmək lazımdır ki, bu cür hibridlər normal qaydada yaşaya bilsələr də bala vermir. (Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ekspertdən virusla bağlı qorxunc proqnoz:

Sonrakı məqalə

İyul ayınadək koronavirusa qalib gəlmək mümkün olmayacaq –