Jalə İsmayılın “Rumıniya-Azərbaycan: iki ölkə, sonsuz imkanlar” adlı kitabı nəşr edilib

Yazıçı Jalə İsmayılın “Rumıniya-Azərbaycan: iki ölkə, sonsuz imkanlar” adlı kitabı nəşr edilib.

AZƏRTAC xəbər verir ki, Rumıniyada işıq üzü görən kitab Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edir. Kitabda mədəni əlaqələrin inkişaf mərhələləri təhlil edilib, inkişafa təkan vermiş tarixi hadisələrə və şəxsiyyətlərə geniş yer ayrılıb.

Tədqiqat işi Azərbaycan, Rumıniya, Rusiya və Türkiyənin kitabxana və arxiv materialları əsasında hazırlanıb. Rumıniyanın Azərbaycandakı ilk səfiri və tədqiqat işinin elmi rəhbəri professor Tasin Cemil kitaba “Ön söz” yazıb.

Kitab Rumıniyanın Azərbaycandakı səfiri səfir Dan İankunun təşəbbüsü ilə çap olunub. Nəşrin redaktoru Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Rumın dili və Mədəniyyəti Mərkəzinin direktoru Yosefina Battodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağlanmış bankın müştəriləri Mərkəzi Bankın qarşısında aksiya keçirməyə cəhd edib –

Sonrakı məqalə

190 manat yardımın verilməsi başlandı –