Jan Kasteks Fransanın yeni Baş Naziri təyin olunub

03 İyul 2020 - 15:35

Respublikaçılar partiyasından olan Jan Kasteks (Jean Castex) Fransanın yeni Baş Naziri təyin olunub.

Ölkənin yeni Baş Naziri oksitaniya regionunun Pireney-Oryantal (Pyrenees-Orientales) departamentinin Prade kommunasının meridir. Yaxın saatlarda təhvil-təslim prosesi həyata keçiriləcək.

Sabiq Baş Nazir Eduard Filip bələdiyyə seçkilərinin ikinci turunda Havr ( Le Havre) şəhərinin meri seçilib və fəaliyyətini mer kimi davam etdirəcək(azərtac).