“Jurnalisti evə qaytarmaq üçün əlimizdən gələni edəcəyik”- KİRBİ

Rusiyada casusluq ittihamı ilə həbs edilən “The Wall Street Journal” qəzetinin amerikalı müxbiri Evan Qerşkoviçlə görüşə icazə verilmir.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, hər kəs, o cümlədən ABŞ prezidenti Co Bayden Gerşkoviçin işini diqqətlə izləyir.

“Həbsdə olduğunu bildiyimiz vaxtdan bəri çox səy göstəririk. Evanı evə qaytarmaq üçün əlimizdən gələni edəcəyik”, – Kirbi bildirib.

Jurnalistlərin Dövlət Departamentinin niyə Qerşkoviçin həbsini hələ də qanunsuz elan etməməsi ilə bağlı sualına Kirbi belə cavab verib: “Dövlət Departamentində həbslərin təsnifatı prosesi var və onlar hələ də bunun üzərində işləyirlər. Ayrı-ayrılıqda amerikalıların xaricdə saxlanmasını araşdırır və onları qanunsuz olaraq təsnif edib-etməmələrinə qərar verirlər. Bilirəm ki, onlar bunun üzərində çox çalışırlar”.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclis nazir İnam Kərimovun Ali Məhkəməyə hakim təyinatını müzakirə edir

Sonrakı məqalə

Parisdə Aslan İsmayılovun “Sumqayıt” kitabının təqdimatı keçirilib