Milli Məclis nazir İnam Kərimovun Ali Məhkəməyə hakim təyinatını müzakirə edir

Milli Məclisdə İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilir.

Məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.

Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.

Əvvəlki məqalə

“50-ci illərdə çəkilmiş filmlərin bu gün sevilməsi çox pis haldır” –

Sonrakı məqalə

“Jurnalisti evə qaytarmaq üçün əlimizdən gələni edəcəyik”