Jurnalistin əl çantasını oğurlayan şəxs tutulub- FOTO

Yanvarın 28-də saat 18:45 radələrində Nəsimi rayonu “Bülbül” prospekti 18 ünvanında yerləşən “Bravo” marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus, içərisində üç mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən şəxs – Bərdə rayon sakini, 1972-ci il təvəllüdlü Adil Rüstəmov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət–Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkarlanaraq götürülüb. Mobil telefonların Baş İdarə tərəfindən zərərçəkmişə qaytarılması təmin olunacaq.

“Doqquzbarmaq Adil” kimi tanınan şəxsin digər oğurluq əməllərində də iştirakı istisna olunmur. Onun əməllərindən başqa zərərçəkmiş varsa, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq əməlinə məruz qalan tanınmış jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kədərin kədərimizdir, qardaş Türkiyə!”

Sonrakı məqalə

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib