“Kədərin kədərimizdir, qardaş Türkiyə!”- Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə baş verən qar uçqunu və sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində qeyd edib.

“Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!”,-deyə, məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyənin Van bölgəsində baş verən qar uçqunu nəticəsində 38 nəfər həlak olub.

İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada isə 3 nəfər həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstanbulda 3 hissəyə bölünən təyyarənin “qara qutu”su araşdırmaya verilib

Sonrakı məqalə

Jurnalistin əl çantasını oğurlayan şəxs tutulub