Jurnalistlər Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərdə olublar-FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

Report”un Naxçıvana ezam olunan əməkdaşının məlumatına görə, səfərin məqsədi Günnüt əməliyyatının 5-ci ildönümünü qeyd etmək və Naxçıvanda Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq olub.

İştirakçılar ilk olaraq Şərur rayonunda Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərə baş çəkiblər.

Bildirilib ki, Günnüt əməliyyatı hərbi-strateji, siyasi, mənəvi və psixoloji cəhətdən həm Azərbaycan, həm də düşmən üçün ciddi nəticələrlə yadda qalıb.

Sonra media nümayəndələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin (XTB) nümayişlərini izləyiblər. XTB mənsubları yüksəklikdən enmə, bıçaq atışları, şərti düşmən qruplarının daxilinə sızma, şərti düşmənin naməlum obyektlərinə pusqu-basqı əməliyyatlarını nümayiş etdiriblər.

Daha sonra Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının 5-ci ildönümü münasibətilə “Günnüt – Qarabağa gedən yol” adlı tədbir keçirilib.

Əvvəlki məqalə

Gürcüstan Rusiyadan metro vaqonları almaqdan imtina etdi

Sonrakı məqalə

Bayden Kiyevə 375 milyon dollarlıq hərbi yardım paketini elan edəcək