“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb

Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, əməli törətməkdə şübhəli bilinənlər— şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək.

Əvvəlki məqalə

Zelenski Zalujnını hərbi xidmətdən azad etdi

Sonrakı məqalə

Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək