Kənd təsərrüfatı texnikasına güzəşt – ƏDV tutulmayacaq

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sənədə əsasən Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilir.

Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

 Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“MiQ-29”un “qara qutu”su necə tapıldı? – General detalları açıqladı

Sonrakı məqalə

Prezident hərbi xidmətə çağırış haqqında Sərəncam imzaladı