Kərə yağının gömrük rüsumu: 15 faiz artımın səbəbi nədir və qiymət qalxacaqmı?

“Azərbaycanda kərə yağının çox hissəsi idxal hesabına ödənilir“.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Əli Əlirzayev 2026-ci ildə kərə yağının gömrük rüsumunu 5%-dən 15%-ə qaldırılmasının səbəblərindən danışarkən deyib.
O bildirib ki, idxal çoxaldıqca daxili istehsal azalır:
“Ölkədə yerli mal istehsal olunmur, bazara çıxarılmır. İdxal da bir başa xarici siyasətdən asılıdır. Bu, idxalı azaltmaq niyyəti ilə istifadə olunan mexanizmdir. Dünyada gedən proseslər bir başa qiymətlərin dəyişməsinə təsir edir. Yağı alıb ölkəyə gətirənlər ayrı-ayrı şirkətlərdir. Şirkətlər də rəqabətdən uzaqdırlar, belə olanda onlar qiyməti qaldırır. Yağı ölkəyə bir şirkət gətirirsə, ona qiyməti də özü təyin edir. Yağı ölkəyə bir neçə şirkət gətirirsə, onun qiyməti aşağı salınmalıdır. Və salınacaq da”.
Əli Əlirzayev hesab edir ki, bunu tənzimləmək üçün dövlətin siyasəti olmalıdır:
“Bəzi məhsulları gətirəndə onun qiymətini aşağı salmaq kimi tendensiya olmalıdır. Bu, əhalinin yaşayış səviyyəsini və alıcılıq qabiliyyətini yüksəltmək üçündür. Azərbaycanda da qiymətlər qalxır. Hətta daxili istehsalda belə qiymətlər qalxır. Belə olanda onun gömrük rüsumu da qalxır. Çünki onun daşınma xərcləri də var. Məhsulu gətirən şəxs onu maya dəyərindən aşağı sata bilməz, dövlət işə qarışmalıdır”.
Əli Əlirzayevin fikirincə, dövlət rəqabət mühiti yaratmalıdır ki, Azərbaycana məhsul gətirənlərin sayı çox olsun:
“Məhsul bir deyil, ayrı-ayrı ölkələrdən gətirilməlidir. Belə olanda qiymətlər də enəcək”.
İqtisadçı Natiq Cəfərli də bu məsələyə münasibət bildirib. O, bir neçə ildir ölkədə kərə yağının qiymətinin durmadan qalxdığını deyib:
“Amma hökumət bu ildən kərə yağının gömrük rüsumunu 5%-dən 15%-ə qaldırır ki, bu da qiymətlərin avtomatik 10% civarında yenidən bahalaşmasına səbəb olacaq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.