Kəramət Böyükçöl narkoloji dispanserə yerləşdirilib

Yazıçı Kəramət Böyükçöl Maştağadakı Respublika Narkoloji Dispanserinə yerləşdirilib.

Bu barədə atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb: “Kəraməti bu gün dispanserə yerləşdiriblər, telefonunu da əlindən alıblar. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm. Bir az narahatam ki, ona nəsə edə bilərlər”. Qeyd edək ki, dünən Kəramət Böyükçöl sosial şəbəkədə ölkə başçısı İlham Əliyevi sərt şəkildə tənqid etmişdi. Xatırladaq ki, yazıçı ötən ilin yayında da alkoqolizmdən müalicə məqsədilə dispanserə yatırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

1846-cı ildən bu günə qədər Azərbaycanda 2 milyard ton neft çıxarılıb –

Sonrakı məqalə

Baş nazir Əli Əsədov İqtisadi Şuranın iclasını keçirib