Kərim Benzema həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

UEFA-nın saytının məlumatına görə, bu ada İspaniya “Real Madrid”inin hücumçusu Kərim Benzema layiq görülüb.

Otuz beş yaşlı fransalı forvard səsvermədə İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Covani Lo Çelsonu, İngiltərənin “Liverpul” klubundan Luis Diası və “Mançester Siti”dən Kevin De Brüyneni geridə qoyub.

Qeyd edək ki, Kərim Benzema “Real Madrid”in İngiltərədə “Çelsi”yə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.

Əvvəlki məqalə

Bayden Rusiyanın BMT Şurasından çıxarılmasını dəstəkləyib

Sonrakı məqalə

Avropa Liqasının dörddəbir final mərhələsinə start verilib