“Kəşfiyyat məlumatlarına əsaslanıb” –Kiyev Baydenin son bəyanatını şərh edib

ABŞ prezidenti Co Bayden əmindir ki, rusiyalı həmkarı Vladimir Putin qərarını artıq verib. Və Rusiya yaxın günlərdə Ukraynaya hücum edəcək.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak ABŞ prezidentinin sözlərini şərh edib.
CNN-in məlumatına görə, Podolyak bildirib ki, Vladimir Putinin başında hansı fikirlərin dolaşdığını heç kim bilmir. Kiyevin ilk növbədə diplomatiya üçün fürsətdən istifadə edəcəyini
bildirən Podolyak ABŞ prezidentinin bəyanatını dəyərləndirib: “Şübhəsiz ki, Co Bayden kəşfiyyat məlumatlarına əsaslanıb. Lakin prezident Baydenin sözlərində daha mühüm mənaya diqqət yetirmək lazımdır. O, diplomatiya üçün hələ şansın olduğunu təsdiqləyib. Və biz bu şansdan istifadə edəcəyik”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Qərargah rəisi HDQ-də qəfil yoxlama keçirdi –

Sonrakı məqalə

“Rusiya xəbərdarlıqsız hücum edə bilər” –