Kadinin oynayacağı yeni klub məlum oldu-FOTO

2021-2023 mövsümlərində “Qarabağ’ın şərəfini qoruyan braziliyalı oyunçu Kadi Borges karyerasını Macarıstanda davam etdirəcək.
28 yaşlı futbolçu “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.
Kadinin qiyməti 2,5 milyon avrodur.
Qeyd edək ki, Kadi Borqes “Qarabağ”da çıxış etdiyi dövr ərzində 75 oyunda 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra yarımmüdafiəçi 2 milyon avro qarşılığında Rusiyanın “Kransodar” klubuna transfer olunub. “Buğalar”ın heyətində ümumillikdə 44 oyuna çıxan Kadi bu görüşlərdə 7 qol vurub, 2 effektli ötürmə verib.
“Krasnodar” Kadiyə təşəkkür edərək, uğurlar arzulayıb.(Supersport.az)
Əvvəlki məqalə

Məsud Pezeşkian Azərbaycan Prezidentini İrana səfərə dəvət edib

Sonrakı məqalə

Paşinyan İran prezidenti ilə telefonla danışıb