Kadırov 27 yaşlı qardaşı oğlunu Təhlükəsizlik Şurasının katibi təyin edib

Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.

Bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov teleqram kanalında yazıb.

O qeyd edib ki, qohumu rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və üzərinə düşən vəzifənin öhdəsindən gələcək.

27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var: o, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Bu illər ərzində o, regionda rəhbər vəzifələrdə, o cümlədən Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi naziri, respublika rəhbərinin katibliyinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışıb.

Əvvəlki məqalə

Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Sonrakı məqalə

Fransa klubu Gürcüstan millisinin hücumçusunu 13 milyon avroya aldı