Kainat daim genişlənir. Nəzəri cəhətdən bu o deməkdir ki, onun erkən dövründə (Böyük Partlayışdan sonrakı ilk milyard il ərzində) baş verən hadisələrin gedişi indiki zamanla müqayisədə bizə ləng görünəcəkdi.
AzPost bildirir ki, bu nəzəriyyəni yoxlamaq üçün Sidney və Oklend Universitetlərinin alimləri 20 il ərzində 200-ə yaxın kvazarı (qalaktikaların mərkəzlərində böyük həcmli qara dəliklər) tədqiq ediblər.
Alimlər tədqiqatın nəticələrini “Nature Astronomy” jurnalında dərc ediblər.
Alimlər yaşları 2,45 ilə 12,17 milyard il arasında dəyişən (Böyük Partlayış 13,8 milyard il əvvəl baş verib) 190 kvazardan ibarət nümunəni təhlil ediblər. 20 il ərzində dalğa uzunluğunun diapazonunu əhatə edən məlumatları izləyiblər. Hər bir qara dəlik üçün 200-ə yaxın müşahidə aparılıb. Bu da onların dalğalanmalarını ətraflı şəkildə yenidən qurmağa imkan verib.
Günəş sisteminə çox böyük məsafədə olduğuna görə kvazarlar qədim dövrlərdə necə görünüblərsə indi də elə görünürlər. Onlardan yerə çatan işıqlanma 3-12 milyard il əvvəl yayılıb. Onun təhriflərini tədqiq edən elm adamları Kainatın mövcudluğunun müxtəlif dövrlərində zamanın necə axdığını dəqiq müəyyən etdilər: əgər 3 milyard il əvvəl bu, cəmi 1,2 dəfə yavaş idisə, 12 milyard il əvvəl beş dəfə yavaş olub.
Məlumatlar dolayı yolla Yerdən müxtəlif məsafələrdə qeydə alınan partlayışları ilə təsdiqlənir – burada zamanın sürətində dəyişiklik də qeyd olunub. Başqa sözlə, kvazarlar belə tədqiqatlar üçün kifayət qədər uyğundur.
Ancaq qədim zamanlarda kvazara nisbi yaxınlıqda olan hipotetik müşahidəçi heç bir yavaşlama hiss etməzdi.