Özbəkistanın dövlət təhlükəsizlik xidməti Navoy şəhərində yerləşən 3 saylı hidrometalurgiya zavodunun işçilərinin tərkibində 1,5 kq-dan çox qızıl olan iki kiloqramlıq yarımfabrikatı oğurlamaq cəhdinin qarşısını alıb. Bu barədə Özbəkistan DTX-nin “Telegram” kanalında məlumat yayılıb. Məlumata görə, iki usta və bir sex işçisi əvvəlcədən əlbir olaraq iki kiloqramlıq yarımfabrikatı müəssisənin içindəki hava təmizləmə borusunda gizlədiblər. Sözügedən yarımfabrikatın tərkibində 1 kiloqram 523 qram xalis qızıl olub və onun bazar dəyəri təxminən 161,7 min ABŞ dolları təşkil edir. Oğruluq cəhdində şübhəli bilinənlərə qarşı cinayət işi açılıb.

AzPost.az