Avstraliya hökuməti Rusiyanın 14 şirkətinə sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Avstraliya hökuməti Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən 14 dövlət müəssisəsinə qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib”, – məlumatda deyilir.
Sanksiya siyahısına “KamAZ”, “Qazprom”, “Qazprom Neft”, “Transneft”, “Rostelekom”, “RusHidro”, “Sevmaş”, Birləşmiş Gəmiqayırma Korporasiyası, “Ruselectronika” holdinqi, Rusiya Dəmir Yolları, “Novorossiysk” Dəniz Ticarət Limanı, ALROSA, “Soqaz” və “Sovkomflot” daxildir.
Avstraliya XİN Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha ifadə edib.
Azpost.info